Hadisə

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi  səfərə gəlib

8 may / 15:57 1 dəq
Aliyev radev
8 may / 15:57
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rəsmi qarşılanma mərasimindən sonra, Azərbaycan Prezidenti İlham Əliyevlə, Bolqarıstan Prezidenti Rumen Radev arasında təkbətək görüş keçirilib.

Daha sonra, Nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub.

Prezidentlər birgə bəyannamə imzalayıblar.Azərbaycan və Bolqarıstan Respublikaları arasında bir-sıra sənədlər imzalanıb.

Sonra Prezidentlər birgə mətbuata  açıqlama veriblər.

Bolqarıstan Prezidenti və Birinci xanımın şərəfinə rəsmi nahar verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər