Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

ABŞ səfiri Şuşaya səfər edib

7 may / 12:40 4 dəq
Indir 2024 05 07T123938.978
7 may / 12:40
Burada sizin reklamınız ola bilər

Mayın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqifin məqbərəsi ilə tanış olmağı, Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, məlumatda deyilir.

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby və xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. (Foto: ABŞ-ın Azərbaycandakı səfirliyi)
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby və xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. (Foto: ABŞ-ın Azərbaycandakı səfirliyi)

Məlumata görə, səfir Libbi Şuşada olarkən şəhərin inkişafı üçün görülən işlər və Şuşanın məcburi köçkün icmasının qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün Şuşa rayonu üzrə xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.

“Onlar həmçinin, regionun yaşıl enerjisini və ABŞ-nin Azərbaycanın məcburi köçkün icmalarına və minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstəyi müzakirə ediblər”, məlumatda deyilir.

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri zamanı Cıdır düzündə çıxış da edib. Səfir bildirib ki, Şuşada olmaqdan xoşbəxtdir.

“Biz iki aya yaxındır ki, bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət ki, baş tutdu. Mənim həyat yoldaşım Danusia və mən çox səmimi qarşılandıq və ev sahibləri mənə bu səfər proqramını təşkil etməkdə böyük dəstək göstərdi. Qonaqpərvərliyə görə təşəkkür edirəm. Bu səfər və şəhərin öz gözlərimlə gördüyüm inkişafı məndə çox böyük təəssürat yaratdı. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu gün Şuşadan başqa, hökumət nümayəndələri ilə də görüşmək, şəhəri görmək və səfirliyin həyata keçirdiyi ingilis dili proqramında iştirak etmiş yerli müəllimlərlə görüşmək üçün Füzuliyə də səfər edəcəyəm. Nə qədər ki, bizim Azərbaycanda işləmək istəyən tərəfdaşlarımız var, Birləşmiş Ştatlar bu ölkənin iqtisadi inkişafı və insanlarının rifahının dəstəklənməsi üçün çalışmağa davam edəcək”, səfir video çıxışında qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby və xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. (Foto : ABŞ-ın Azərbaycandakı səfirliyi)
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby və xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. (Foto : ABŞ-ın Azərbaycandakı səfirliyi)

Qeyd edək ki, bu, ABŞ-ın Azərbaycandakı səfirinin Şuşaya ilk səfəridir.

Səfir Mark Libbi mayın 3-də jurnalistlərin Şuşaya səfər etməməsi barədə suala cavabında bildirib ki, burada siyasi səbəblər yoxdur.

“Hazır olanda gedəcəyəm, hələlik hazır deyiləm”, səfir qeyd edib.

Xatırladaq ki, ABŞ-ın bundan öncəki səfiri Li Litsenberger Şuşaya səfər etməməsi səbəbindən tənqidlərə məruz qalmışdı.

Amerikanın səsi

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı