Hadisə

Şəmkirdə minik maşını dəmir arakəsməyə çırpılıb, sərnişin ölüb

30 aprel / 08:43 1 dəq
Qəzadd (1)
30 aprel / 08:43
Burada sizin reklamınız ola bilər

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Qerbxeber.com məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik maşını yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı sərnişin, rayonun Mahmudlu kənd sakini – 1985-ci il təvəllüdlü Aslan Kirov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər