Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək

29 aprel / 11:04 2 dəq
662f3c068ad6c662f3c068ad6d1714371590662f3c068ad69662f3c068ad6b
29 aprel / 11:04
Burada sizin reklamınız ola bilər

“AzərEnerji” ASC Kəlbəcər rayonunda 4 yerdə su elektrik stansiyalarının tikintisini aparır.

Bu barədə Qerbxeber.com ASC-dən bildirilib.

Məlumata görə, rayonda 4,3 meqavat gücündə “Zar”, 8,8 meqavat gücündə “Nadirxanlı”, 8,6 meqavat gücündə “Aşağı Vəng” və 22,5 meqavat gücündə “Yuxarı Vəng” su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, 2020-2023-cü illər ərzində Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən ümumi gücü 32 meqavat olan “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” kiçik su elektrik stansiyaları yenidən qurularaq Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Məskunlaşma siyasətinə uyğun olaraq 20-dən artıq kəlbəcərli bu stansiyalarda daimi işlə təmin olunub. Bu günə kimi istismara verilən 6 kiçik su elektrik stansiyasında 70 milyon kilovat saata yaxın ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib. Qeyd edək ki, cari ilin bolsulu olması və quraşdırılan turbinlərin səmərəlilik göstəricilərinin yüksək olması səbəbindn stansiyalar hazırda nominal gücdə işləyir.

Kiçik su elektrik stansiyalarına karbon sertifikatlarının alınması üçün rəsmi qaydada Qətərdə yerləşən «Qlobal Karbon Şurası» təşkilatına Kəlbəcərdə fəaliyyət göstərən kiçik su elektrik stansiyalarına görə müraciət olunub və stansiyaların qeydiyyatı proseduru üzrə növbəti mərhələyə keçidə müsbət rəy verilib. Bu təşəbbüs ardıcıllıqla digər su elektrik stansiyalarını da əhatə edəcək və Azərbaycan tarixində ilk dəfə bərpa olunan enerji mənbəli elektrik stansiyalarının karbon sertifikatları ilə təmin edilməsi məhz işğaldan azad edilən ərazilərdəki enerji obyektləri ilə bağlı olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı