Siyasət

Ordu 200 min ağac əkəcək

16 dekabr / 11:17 2 dəq
Fe7646fc f681 4a98 a844 ca2ab78f1b17
16 dekabr / 11:17
Burada sizin reklamınız ola bilər

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ağacəkmə təşəbbüsünə qoşulan Azərbaycan Ordusunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat vrilib.

Aksiya çərçivəsində ötən həftənin şənbə və bazar günləri ərzində birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatların ərazilərində müxtəlif növdə 40 min ağac əkilib. Aksiya başlayandan bu günədək isə bu say ümumilikdə 100 mindən çoxdur.

Qeyd edək ki, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ordusunda mütəmadi olaraq genişmiqyaslı yaşıllaşdırma işləri aparılır.

Ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə aksiyalarının davamlı olaraq keçirilməsi və dekabr ayının sonunadək 200 mindən artıq ağacın əkilməsi planlaşdırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər