Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Gürcüstanda məscidlərdən birində namaz qılınmasına icazə verilməməsi gərginlik yaradıb

5 aprel / 16:07 2 dəq
660fe2dff0e30660fe2dff0e311712317151660fe2dff0e2d660fe2dff0e2f
5 aprel / 16:07
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Samtsxe-Cavaxeti regionunun Adigeni munisipalitetində məsciddə müsəlmanlara cümə namazı qılmasına icazə verilməməsi növbəti dəfə gərginliyə səbəb olub, əraziyə çox sayda polis səfərbər edilib.

Qerbxeber.com APA istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin deputatı Tariyel Nakaidze “Facebook” paylaşımında bildirib. Müsəlmanlara cümə namazı qılınmasına icazə verilmədiyini, vəziyyətin olduqca gərgin olduğunu qeyd edib. Əlavə edib ki, polis yolu bağlayıb və müsəlmanlara məscidə getməyə icazə vermir. Deputat yerli sakinlərə istinadən əraziyə polis xüsusi təyinatlılarının göndərildiyini qeyd deyib.

Gürcüstan Daxili İşlər Nazirliyi müsəlmanların ibadət etməsinə etiraz edən yerli icmaya müraciət edib. Bəyanatda vətəndaşlara ifadə azadlığının qanunla müəyyən edilən sərhədlərini aşmamaq çağırışı edilib.

Qeyd edək ki, Adigenidə eyni səbəblə gərginlik martın 8-də də baş verib. Gürcüstan KİV-nin məlumatına görə, İmam Merab (Yusif) Mikeladze evini ibadətxanaya və İslami təhsil mərkəzinə çevirib. Lakin yerli provoslav kilsəsi buna qarşı çıxıb. Nəticədə martın 8-də təxminən 200 yerli sakin imamın evini mühasirəyə alıb. Məlumata görə, həmin vaxt evdə imamla yanaşı daha iki nəfər cümə namazı qılmağa hazırlaşıblar.

Martın 14-də Bütün Gürcüstan Müsəlmanları İdarəsi Adigeninin müsəlman əhalisini cümə namazı zamanı toplanmamağa çağırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı