Kateqoriyasız

MN: Azərbaycan əsgəri istənilən təxribatın qarşısını almağa hazırdır

4 aprel / 11:32 2 dəq
660e518bba6e4660e518bba6e51712214411660e518bba6e1660e518bba6e3
4 aprel / 11:32
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, çətin relyefli və yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir, fasiləsiz xidmət aparılır.

Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir: “Ordu sıralarında xidmət edən vətənpərvər gənclərimiz komandirlərin onlara aşıladığı hərbi biliklər sayəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər. Bu gün Ali Baş Komandanın diqqət və qayğısını üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır”.

Paylaş
Burada sizin reklamınız ola bilər