Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ukrayna hərbi kəşfiyyatının rəisi: Rusiya terrorun hazırlandığını hələ fevraldan bilirdi

28 mart / 09:40 2 dəq
Uk.h.k.reisi
28 mart / 09:40
Burada sizin reklamınız ola bilər

Rusiya fevralın 15-dən “Crocus City Hall”da terror aktı hazırlandığını bilirdi.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanov Üçüncü Beynəlxalq Strateji Kommunikasiyalar Forumunda çıxış edərkən bildirib.

“Azı 15 fevral 2024-cü il tarixindən bəri Rusiya Federasiyası hazırlıq barədə məlumatlı idi”, – Ukraynanın hərbi kəşfiyyat rəisi vurğulayıb.

Kirilo Budanovun sözlərinə görə, gözlənilən terror aktı ilə bağlı məlumat “qrupun Suriyadakı kəşfiyyat şöbəsindən keçib” və oradan “Moskvaya gedib”: “Qoy onlar bütün bunların heç nədən peyda olduğu haqqında nağıl danışmasınlar”.

Budanov qeyd edib ki, Kreml yaraqlıların Rusiyaya hara və hansı iki ölkə vasitəsilə gələcəyini də bilirdi. Kremlin terror aktında axtardığı “Ukrayna izi”ndən danışan hərbi kəşfiyyat rəisi qeyd edib ki, Moskva “Crocus”da baş verənlərlə bağlı versiyaları artıq üç dəfə dəyişib.

“Məni şəxsən ittiham edən və bütün bunlarda Ukraynanı suçlayan Patruşev və Bortnikovun açıqlamaları ortaya çıxıb. Bu, cəfəngiyatdır. Yeri gəlmişkən, bu ağrılı məsələyə toxunsaq, düşmən olsa da, mən prinsipcə dinc əhaliyə qarşı terror aktlarını dəstəkləmirəm”, – Budanov bildirib.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar. Son məlumata görə, ölənlərin sayı azı 140 nəfərdir, 11-i uşaq olmaqla 360 nəfər yaralanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı