Dünya

Gürcüstanın Baş naziri Ermənistana gedir

25 mart / 11:26 1 dəq
Indir 2024 03 25T112439.677
25 mart / 11:26
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 25-də Ermənistana səfərə gedəcək.

Qerbxeber.com xəbər verir ki, məlumatı Gürcüstan Hökuməti yayıb.

Bildirilib ki, Kobaxidze İrəvana səfəri çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Hökumət başçısı həmçinin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla da görüşəcək.

Baş naziri səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər