Dünya

“Crocus City Hall”da terrorda şübhəli bilinən şəxslərin qaçdığı avtomobil Ukrayna ilə sərhəddə saxlanılıb

23 mart / 12:26 1 dəq
65fe8f9497ed565fe8f9497ed6171118171665fe8f9497ed365fe8f9497ed4
23 mart / 12:26
Burada sizin reklamınız ola bilər

“Crocus City Hall”da terror aktı törətmək şübhəli bilinən şəxslərin qaçdıqları avtomobil Ukrayna ilə sərhəd Bryansk vilayətində saxlanılıb.

Qerbxeber.com xəbər verir ki, terrorda şübhəli bilinən şəxslərin qaçdığı avtomobilin saxlanmasının təfərrüatları barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat yayıb.

Onun yazdığına görə, terrorda şübhəli bilinən şəxslərin olduğu ağ rəngli “Renault” Bryansk vilayətinin Karaçinsk rayonunun Xatsun kəndi ərazisində saxlanılıb. Terrorçulardan bir nəfərinin hadisə yerinə saxlanıldığı, digərinin isə bir qədər sonra yaxalandığı bildirilib. Qalan şübhəli şəxslərin isə meşədə gizləndiyi qeyd olunub.

Onların avtomobilindən “PM” markalı tapança, “AKM” avtomatı, güllə daraqları Tacikistan vətəndaşının pasportu aşkarlanıb.

Qeyd olunub ki, terrorda şübhəli bilinən şəxslər sərhəd Bryansk vilayətindən Ukrayna tərəfə keçməyi planlaşdırıblar.

“Baza” Teleqram kanalı Bryanskda saxlanılan şəxslərdən Muxammadsobir Fayzovun fotosunu yayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər