Ağstafa

“Əyil səndən keçim,dünya”- Məhərrəm Göyüşoğlu yazdı

9 mart / 00:34 3 dəq
Ağamalı
9 mart / 00:34
Burada sizin reklamınız ola bilər
Bu Dünyadan bir Ağamalı Sadiq Əfəndi keçdi. Düz 77 il əvvəl Qazaxın Qaymaxlı kəndində dünyaya göz açdı.
Vətən sevgisi,haqq davası ilə alışdı yandı.Hər zaman haray çəkdi, dərdimizdən, ağrımızdan yazdı.İllərlə kök atmış problemlərimizdən danışdı,əslində danışmadı, haray çəkdi, hayqırdı.Sənin hayqırdığın dərdlər yenə də yerindədir,daha da çoxalıb.Burdan, yaşamımızdan, həyatımızdan qovmaq istədiyiniz sovet-rus imperializmi heç yerə getmədi, ustad, yenə də burdadı, dunyaya qan səpə-səpə,manqurt yetişdirə-yetişdirə yaşayır.
Könül dostu Məmməd İlqara yazdığı bir şerində belə deyirdi:
İşdi bir gün məni səndən sorsalar
De ki, o da yandığını yazardı.
De ki, onu alıb getdi ruzigar,
O hardasa indi bir tək məzardı.
De ki, onun umacağı yox idi,
Nə qohumdan, nə yaxından, nə yaddan,
De ki, onun gözü-könlü tox idi,
Əli açıq köçüb getdi dünyadan.
De ki, o da belə, bir cür adamdı,
Qohum-qardaş susamışdı qanına.
De ki, bir gün bu dünyaya sığmadı,
Uçub getdi yaradanın yanına.
De, yurdunda yalqız idi o qərib,
Damağında doğma torpaq, daş dadı.
De hardasa məzarından göyərib,
Bəlkə yenə yaşamağa başladı.
 Bəli,bu Dünyadan bir Ağamalı Sadiq Əfəndi keçdi. Düz 29 il əvvəl 
Dünya, sənin anan ölsün,
Bic oğlu bic dünyasanmış.
Hayıf mənim göz yaşıma,
Sən ki, gülünc dünyasanmış.
Çırpındım, uça bilmədim,
Barından keçə bilmədim.
Elə qapıların oldu,
Qılıqsız aça bilmədim,
Anan ölsün gidi dünya.
Səni deyib gələnə bax,
Gəlir ağlaya-ağlaya.
Səndən dönüb ölənə bax,
Ölür ağlaya-ağlaya.
Bu nə hərəkətdi, dünya?
Bu zəmini kim becərdi?
Kim yedi, tükətdi, dünya?…
Bundan anrı ucalım yox,
Dayanmağa macalım yox,
Yüz dəfə öldüm, dirildim,
Mən Adəməm, acalım yox
Əyil səndən keçim, dünya!
Bu Dünyada qonaq olduğu 48 ildə Ağamalı Sadiq öz inandığı ideyalarına, inandığı haqq davasına, apardığı mübarizə yoluna sadiq qaldı. Dünyanın varına, dövlətinə əyilmədi,özü demiş Dünyanı əydi və ordan keçib Haqq Dünyasına qovuşdu.12 dekabr 1995-də .Allah rəhmət etsin.
Məhərrəm Göyüşoğlu
Paylaş
Burada sizin reklamınız ola bilər