Siyasət

Milli Məclis buraxıla bilər

28 noyabr / 17:49 1 dəq
21e32069 2e86 4c31 b3fb 1bc37cdc96c9
28 noyabr / 17:49
Burada sizin reklamınız ola bilər

YAP-ın Siyasi Şurasının təcili iclasında önəmli qərar qəbul edilib.

İclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər