Siyasət

Dirçəlişin tələbi nə idi?

17 noyabr / 14:23 2 dəq
14162088464458761044 1200x630
17 noyabr / 14:23
Burada sizin reklamınız ola bilər

Bu gün Milli Dirçəliş günüdür. 

1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr – 5 dekabr, 1988-ci il) başladı.

Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və ölkənin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

17 noyabr mitinqinin tələbləri:

  • Azərbaycan höküməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür.
  • Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir.
  • Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.
  • Noyabrda açılan sessiyada iştirak edəcək SSRİ Ali Sovetinin 63 deputatı bu haqda məlumat verməlidir. Əks halda onların Azərbaycana qayıtması məqsədəuyğun deyil. Axşam saat 6-yadək vaxt vermişik…
  • Burada oturub gecələmək şərtilə 24 saata şərtimizə əməl olunmasa nümayiş qeyri-müəyyən vaxtadək uzanacaq.

Hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır.

Paylaş
Burada sizin reklamınız ola bilər