Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Yuliya Navalnaya: Ərimin işini davam etdirəcəyinə söz verirəm

20 fevral / 15:41 3 dəq
Indir 2024 02 20T153802.185
20 fevral / 15:41
Burada sizin reklamınız ola bilər
Rusiyanın müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya bazar ertəsi ərinin işini davam etdirəcəyinə söz verərək, “ölkəmizin azadlığı üçün mübarizəni davam etdirəcəyəm” və “sizi yanımda olmağa çağırıram” deyib.⁣

Onlayn video bəyanatında Navalnaya Rusiya prezidentini nəzərdə tutaraq, “Vladimir Putin ərimi öldürdü” deyib və “Aleksey və özüm üçün edə biləcəyimiz ən vacib şey əvvəlkindən daha güclü və daha kəskin mübarizəyə davam etməkdir” deyib.⁣

Navalnının ötən cümə günü Rusiyanın Arktika Dairəsindəki cəzaçəkmə koloniyasında ölümü beynəlxalq aləmdə və ölkə daxilində qəzəblə qarşılanıb və bir çox Qərb ölkəsi bununla bağlı Kremlə işarə edib.⁣

ABŞ prezidenti Co Bayden cümə günü deyib ki, “səhv etməyin, Navalnının ölümünə görə Putin məsuliyyət daşıyır”. Bayden bildirib ki, Navalnı ilə baş verənlər “Putinin qəddarlığının daha bir sübutudur”.⁣

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Cosep Borrell bazar ertəsi X platformasında açıqlamasında oxşar hissləri ifadə edib. O, “Avropa İttifaqı adından Yuliya Navalnaya dərin hüznlə başsağlığı verdik” yazıb və “Vladimir Putin və onun rejimi buna görə cavab verəcək”- deyə, əlavə edib.⁣

Moskva Kremlin müdaxiləsi ilə bağlı iddiaları kəskin şəkildə rədd edib. Mətbuat katibi Dmitri Peskov ittihamların “tamamilə qəbuledilməz” olduğunu və Navalnının ölümünün fəal şəkildə araşdırıldığını bildirib.⁣

Rusiya həbsxanasının rəhbərliyi bildirib ki, Navalnı Xarpda uzunmüddətli cəza çəkdiyi həbsxanada cümə günü gəzintidən sonra huşunu itirərək ölüb.⁣

Peskovun sözlərinə görə, onun ölümü ilə bağlı istintaqın nəticələri hələ açıqlanmayıb. O, Navalnının cəsədinin ailəsinə nə vaxt veriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb. Putin Navalnının ölümü ilə bağlı açıqlama verməyib.
amerikaninsesi
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı