Dünya

Kanada Ukraynaya 800 PUA verəcək

20 fevral / 08:41 1 dəq
65d3c2a1cba0365d3c2a1cba04170837673765d3c2a1cba0165d3c2a1cba02
20 fevral / 08:41
Burada sizin reklamınız ola bilər

Kanada 800-dən çox SkyRanger R70 çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) Ukrayna ordusuna təhvil verəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Kanadanın Milli Müdafiə naziri Uilyam Bleyerin bəyanatında deyilir.

Yardım paketinin dəyəri 70 milyon dollar qiymətləndirilir. Qeyd olunur ki, PUA-lar döyüş sursatı da daxil olmaqla 3,5 kq-a qədər faydalı yük daşıya bilir. Ottavanın yazda PUA-ları Kiyevə göndərməyə başlayacağı gözlənilir.

Ötən həftə Blair Ottavanın Ukraynanı F-16 qırıcıları ilə təmin etmək üçün 60 milyon Kanada dolları (44 milyon dollar) ayıracağını bildirmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər