Bölgə xəbərləri

Tovuzda TIR aşdı,yanğın baş verdi

6 fevral / 22:46 1 dəq
Ashan tir
6 fevral / 22:46
Burada sizin reklamınız ola bilər

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Qerbxeber.com  APA-ya istinadən bildirir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda, rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Bakı istiqmətində hərəkətdə olan, Göygöl rayon sakini Elbrus Məlikovun idarə etdiyi TIR yoldan çıxaraq dərəyə aşıb. Qəzadan sonra avtomobildə yanğın qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, avtomobil yanğından mühafizə edilib. Məlumata görə, sürücü yüngül xəsarət alıb.

TIR-ın Rusiyaya yanacaq (mazut) apardığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər