İstanbulda kilsəyə silahlı hücumdan sonra 50-dək şəxs saxlanılıb
İstanbulda kilsədə baş verən atışmadan sonra 40-dan çox şəxs saxlanılıb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Türkiyə polisi yanvarın 28-də kilsədə baş verən atışmada şübhəli bilinən 47 nəfəri saxlayıb.
“Kilsəyə silahlı basqınla bağlı istintaq çərçivəsində 30 ünvanda əməliyyat keçirilib, İŞİD-lə əlaqəsi ola bilən bir Rusiya və bir Tacikistan vətəndaşı da daxil olmaqla 47 nəfər saxlanılıb”, – deyə bildirilib.



