Dünya

ABŞ Türkiyə parlamentinin qərarını alqışlayır

24 yanvar / 16:02 1 dəq
Dovlet departament
24 yanvar / 16:02
Burada sizin reklamınız ola bilər

Türkiyənin İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləməsi ABŞ Konqresində bəzilərinin Ankaraya F-16 təyyarələrinin satışına icazə verməsi üçün mühüm amildir.

Bu barədə ABŞ Dövlət Departamentindən TRT-yə açıqlamada bildirilib.

“ABŞ Prezidenti Co Bayden uzun müddətdir ki, Türkiyə tərəfindən F-16-nın modernləşdirilməsini dəstəklədiyini bildirib. Konqresin bəzi üzvləri açıq şəkildə bəyan ediblər ki, F-16-ların Türkiyəyə satışını dəstəkləmək üçün İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləmək vacibdir”, – qurumdan bildirilib.

Dövlət Departamenti Türkiyə parlamentinin İsveç protokolunun təsdiqi ilə bağlı qərarını alqışlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı