Sosial

Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb

21 yanvar / 22:59 1 dəq
Indir 2024 01 21T225908.553
21 yanvar / 22:59
Burada sizin reklamınız ola bilər

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur.

Hazırda küləyin sürəti 23-25 m/s-dək güclənib. Bu barədə Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.

“Küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər