Dünya

Von der Leyen Ukraynaya yeni maliyyə yardımı təklif etdiyinə görə tənqid edilib

21 yanvar / 22:50 1 dəq
65ad258ec2a3865ad258ec2a39170584615865ad258ec2a3665ad258ec2a37
21 yanvar / 22:50
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen Ukraynaya yenidən 50 milyard avro yardım ayırmaq təklifinə görə tənqid edilib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində (keçmiş Twitter) fikirlərini bölüşüb.

Siyasətçi Von der Leyenin ideyasını dəlilik adlandırıb. “Bu o deməkdir ki, Fransa tərəfindən on milyard ayrılacaq. Bu, məsələn, Fransadakı əlli yeni xəstəxanaya bərabərdir!” – Filippo vurğulayıb.

O əlavə edib ki, heç kim Avropa Komissiyasının rəhbərinə vergi ödəyən ölkə sakinlərinin pulunu xərcləmək imkanı verməyib. O, həmçinin Avropa Parlamentində heç bir fransalı deputatın Ukraynaya başqa bir yardım paketinin əleyhinə səs verməməsinə təəccübləndiyini bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər