Dünya

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 232 nəfərə çatıb

17 yanvar / 08:29 1 dəq
65a738697e72865a738697e729170545776965a738697e72465a738697e726
17 yanvar / 08:29
Burada sizin reklamınız ola bilər

Yaponiyanın İşikava prefekturasının Noto bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 232-yə çatıb.

“Qərb Xəbər” məlumat veir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bazar gününə olan məlumata görə, zəlzələlər nəticəsində 220 nəfər ölüb.

Bildirilib ki, 1036 nəfər xəsarət alıb, 20 nəfərlə əlaqə saxlamaq mümkün olmayıb.

15 mindən çox ev qismən və ya tamamilə dağılıb. İşikava prefekturasında 7800-dən çox ev təsərrüfatı işıqsız, 55 min 500 nəfər isə susuz qalıb.

Körpülərin uçması və yolların dağılması səbəbindən 415-dən çox insanın rabitə əlaqəsi kəsilib. Fəlakət yerində 7 min özünümüdafiə qüvvəsi çalışır.

Paylaş
Burada sizin reklamınız ola bilər