Sosial

Elektron satınalmanın keçirilməsi qaydaları təsdiq edilib

9 yanvar / 12:10 13 dəq
659cf63450b83659cf63450b841704785460659cf63450b81659cf63450b82
9 yanvar / 12:10
Burada sizin reklamınız ola bilər

Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə və elektron satınalmanın keçirilməsi Qaydaları təsdiq edilib.

“Qərb Xəbər” məlumat verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, dövlət satınalmalarının vahid internet portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Portal aşağıdakıları təmin edir:

– operator üçün elektron kabinetin yaradılmasını;

– satınalan təşkilat üçün elektron kabinetin yaradılmasını;

– təchizatçı üçün elektron kabinetin yaradılmasını;

– istifadə və iştirak haqqının ödənilməsini;

– satınalma planının yerləşdirilməsini;

– təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun keçirilməsini;

– təkliflərin cəlb edilməsi barədə elanın verilməsini (dəvət göndərilməsini);

– təkliflərin təqdim edilməsini, o cümlədən satınalmada

iştirak etmək üçün təchizatçının Qanunda nəzərdə tutulan sənədlərin satınalan təşkilata təqdim edilməsini (satınalan

təşkilat özü həmin sənədlər barədə məlumatları Qanunda göstərilən qaydada əldə edə bilmədikdə);

– Qanunda nəzərdə tutulmuş hallarda bildirişlərin

göndərilməsini, habelə satınalan təşkilatla təchizatçı arasında

satınalma prosedurları ilə bağlı Qanunda nəzərdə tutulmuş hallarda sənəd və məlumat mübadiləsinin həyata keçirilməsini;

– satınalmanın nəticələri haqqında yekun protokolun

hazırlanmasını;

– satınalma müqaviləsinin elektron qaydada bağlanılmasını və ya tətbiq ediləcəyi halda çərçivə sazişinin imzalanmasını;

– tətbiq ediləcəyi halda çərçivə sazişinin ikinci mərhələsi

üzrə təklif sorğusunun elan edilməsi və sadə satınalma müqaviləsinin bağlanılmasını;

– Qanuna əsasən tələb olunan icra təminatının və (və ya)

avans təminatının satınalan təşkilata təqdim edilməsini;

– satınalma müqaviləsi üzrə ödənişlərin edilməsi barədə

məlumatın əldə olunmasını;

– satınalmalara dair hesabatların hazırlanmasını;

– Qanunda nəzərdə tutulmuş hallarda satınalan təşkilat

tərəfindən razılıq üçün nəzarət orqanına müraciətin edilməsini, bu

məqsədlə satınalan təşkilat ilə nəzarət orqanı arasında sənəd və

məlumat mübadiləsinin həyata keçirilməsini və müvafiq razılığın

verilib-verilməməsi barədə bildirişin göndərilməsini;

– Qanunla müəyyən olunmuş qaydada şikayətlərin

verilməsini və bu məqsədlə nəzarət orqanı ilə satınalan təşkilat və

nəzarət orqanı ilə təchizatçı arasında sənəd və məlumat

mübadiləsinin həyata keçirilməsini;

– satınalan təşkilatların, satınalma müqavilələrinin və

etibarsız təchizatçıların reyestrlərinin yerləşdirilməsini;

– satınalma prosedurlarını tənzimləyən normativ hüquqi

aktların və digər sənədlərin yerləşdirilməsini;

– Qanuna uyğun olaraq digər məsələlərin həyata

keçirilməsini.

 

Portalın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını

onun operatoru olan Azərbaycan Respublikasının İqtisadiyyat

Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət

Xidməti təmin edir.

 

Həmçinin, qərarla təsdiqlənən Elektron satınalmanın keçirilməsi qaydalarına əsasən, Satınalan təşkilatın “Administrator”, “Satınalma mütəxəssisi” və “Möhür səlahiyyətli şəxs” elektron kabinetə daxil olaraq “Əsas səhifə” bölməsində müvafiq satınalma metodunu və (və ya) “Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi” prosedurunu seçir. Qanunda nəzərdə tutulmuş qaydada təchizatçıların cəlb edilməsi üçün elan dərc edir. Elanı dərc etməklə yanaşı, müvafiq təchizatçılara satınalma prosedurunda iştirak üçün dəvət göndərilə bilər.

 

Təkliflərin təqdim edilməsi müddətinin bitməsinə 3 (üç) iş

günü qalanadək uyğunluğa dair sənədlər toplusuna və ya şərtlər

toplusuna hər hansı təchizatçının sorğusu əsasında və ya texniki

səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə öz təşəbbüsü ilə

dəyişikliklər (satınalma predmetinin dəyişdirilməsi istisna olmaqla) edilə bilər. Dəyişikliklər portal vasitəsilə bütün təchizatçılara göndərilir və bütün təchizatçılar üçün məcburi qüvvəyə malikdir. “Administrator”, “Satış mütəxəssisi” və “Möhür səlahiyyətli şəxs” təchizatçının elektron kabinetinə daxil olaraq portal vasitəsilə müvafiq məbləğdə istifadə haqqını ödəyib elana keçid etməklə uyğunluğa dair sənədlər toplusunu və ya şərtlər toplusunu əldə edir.

 

Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi

proseduru keçirildikdə uyğunluğa dair sənədlər toplusunu əldə etmiş təchizatçılar uyğunluq sənədlərini təqdim etmək üçün iştirak haqqı ödəyirlər. Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurundan keçmiş təchizatçılar həmin satınalma predmeti üzrə elan edilmiş satınalmada təklifləri təqdim etmək üçün iştirak haqqı ödəmirlər.

 

Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru, məxfi məlumatlarla əlaqəli satınalma və bir

mənbədən satınalma metodu tətbiq edildiyi hallar istisna olmaqla

satınalma prosedurunda iştirak etmək istəyən və istifadə haqqını

ödəmiş təchizatçılar müvafiq məbləğdə iştirak haqqını ödəyərək

şərtlər toplusunda müəyyən edilmiş müddətdə elan edilmiş satınalma üzrə təklifini portal vasitəsilə təqdim edir.

 

Təchizatçı uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər

toplusunda aydın olmayan hallarla bağlı uyğunluğa dair sənədlər

toplusu ilə müəyyən edilmiş uyğunluq sənədlərinin təqdim edilməsi müddətinin və ya şərtlər toplusu ilə müəyyən edilmiş təkliflərin təqdim edilməsi müddətinin bitməsinə 5 (beş) iş günü qalanadək satınalan təşkilata portal vasitəsilə sorğu verə bilər.

Uyğunluğa dair sənədlər toplusu ilə müəyyən edilmiş uyğunluq sənədlərinin təqdim edilməsi müddəti və ya şərtlər toplusu ilə müəyyən edilmiş təkliflərin təqdim edilməsi müddəti bitdikdən sonra təkliflər daxil olduqları ardıcıllıqla açılır.

 

Qiymətləndirmə zamanı Qanunda nəzərdə tutulmuş hallarda təchizatçının satınalmadan kənarlaşdırılması qərarı satınalma komissiyasının üzvləri tərəfindən təsdiq edildikdən sonra 1 (bir)

iş günü müddətində portal vasitəsilə nəzarət orqanına təqdim olunur.

 

Nəzarət orqanı satınalma komissiyasının qərarını aldıqdan sonra

5 (beş) iş günü müddətində həmin qərarın təsdiq olunub-olunmaması haqqında qərar qəbul edir. Nəzarət orqanı tərəfindən 5 (beş) iş günü müddətində həmin qərarın təsdiq olunub-olunmaması haqqında qərarı qəbul etmədikdə qərar təsdiq edilmiş hesab olunur.

 

Açılmış təkliflərin qiymətləndirilməsi yekunlaşdıqdan sonra

“Satınalma mütəxəssisi” səlahiyyətinə malik şəxs tərəfindən yekun protokol tərtib edilir və elektron və ya ASAN imza ilə imzalanmaq üçün satınalma komissiyasına göndərir.

 

Satınalma komissiyasının sədri və üzvləri tərəfindən satınalmanın nəticələri haqqında yekun protokol imzalandıqdan sonra portal vasitəsilə operatora göndərilir.

 

Operatorun şəxsi kabinetinə daxil olmuş yekun protokol

əsasında aidiyyəti səlahiyyətlərə malik şəxslər tərəfindən satınalmanın qanunvericiliyin tələblərinə uyğun keçirilib-keçirilmədiyi yoxlanılır və yekun protokolun təsdiq olunub-olunmaması haqqında və ya həmin müddət kifayət etmədikdə yekun protokola baxılma müddətinin 10 iş gününədək uzadılması barədə əsaslandırılmış qərar qəbul edilir.

 

Qanunda nəzərdə tutulmuş hallarda satınalma ləğv edilərsə

satınalmanın ləğv edilməsi haqqında qərar 1 iş günü müddətində portal vasitəsilə nəzarət orqanına təqdim olunur. Nəzarət orqanı

satınalmanın ləğv edilməsi haqqında satınalma komissiyasının

qərarını aldıqdan sonra həmin qərarın qanunauyğunluğu aidiyyəti

şəxslər tərəfindən yoxlanılır və 5 (beş) iş günü müddətində həmin

qərarın təsdiq olunub-olunmaması haqqında qərar qəbul edir. Nəzarət orqanı bu müddət ərzində həmin qərarın təsdiq olunub-olunmaması haqqında qərarı qəbul etmədikdə, qərar təsdiq edilmiş hesab olunur.

 

Nəzarət orqanı satınalmanın ləğv edilməsi haqqında qərarı təsdiq

edərsə, satınalma komissiyası tərəfindən satınalmanın ləğv edilməsi və onun səbəbləri barədə 1 iş günü müddətində portalda məlumat yerləşdirilir.

 

Nəzarət orqanı tərəfindən yekun protokol təsdiq edildikdən

sonra “Satınalma mütəxəssisi” səlahiyyətinə malik şəxs tərəfindən

təklifin şərtlər toplusunda göstərilmiş qüvvədəolma müddətinin

bitməsinə 3 (üç) iş günü qalanadək qalib təchizatçının təklifini aksept edir və tərtib edilmiş satınalma müqaviləsini, tətbiq edildiyi halda çərçivə sazişini təchizatçının elektron kabinetinə aksept bildirişi ilə birlikdə göndərir.

 

Qalib təchizatçının möhür səlahiyyətli şəxsi tərəfindən

5 iş günü müddətində satınalma müqaviləsi gücləndirilmiş

elektron və ya ASAN imza ilə imzalanır və satınalan təşkilata

Qanunda tələb olunan icra təminatını təqdim edir.

 

Satınalan təşkilatın möhür səlahiyyətli şəxsi tərəfindən

satınalma müqaviləsi şərtlər toplusu ilə müəyyən edilmiş müddət

ərzində, lakin 10 iş günündən gec olmayaraq gücləndirilmiş

elektron və ya ASAN imza ilə imzalanır.

 

Satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 iş günü müddətində “Satınalma mütəxəssisi” səlahiyyətinə malik şəxs tərəfindən satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə portalda məlumat yerləşdirilir və Dövlət Xəzinədarlıq Sisteminə məlumat ötürülür.

 

“Satınalma mütəxəssisi” səlahiyyətinə malik şəxs tətbiq ediləcəyi halda çərçivə sazişinin ikinci mərhələsi üzrə çərçivə sazişi

bağlanılmış təchizatçılarla Qaydalarda göstərilmiş prosedura uyğun olaraq sadə satınalma müqaviləsi bağlanılır.

 

Müqavilə ilə bağlı ödənişlər edildikdə bu barədə real vaxt rejimində Dövlət Xəzinədarlıq Sistemi tərəfindən portala məlumat

ötürülür. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (tələb

olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 iş günü ərzində “Satınalma mütəxəssisi” səlahiyyətinə malik şəxs tərəfindən yekun təhvil-təslim tarixi və yekun ödənilmiş məbləğ

göstərilməklə portalda məlumat dərc edilir.

 

“Nəzarət orqanının aidiyyəti şəxsləri tərəfindən satınalma

sahəsində dövlət nəzarəti ilə bağlı Qanunda nəzərdə tutulmuş səlahiyyətlərini icra etmək məqsədilə Portalda aşağıdakı imkanlar yaradılır:

– satınalmalar üzrə illik hesabat, habelə satınalmalara real

vaxt rejimində nəzarət etmək üçün statistik arayışlar hazırlamaq;

– satınalma proseduru ilə bağlı Portala daxil edilən şərtlər

toplusu, Qanunda nəzərdə tutulan sənədlər

(məlumatlar) və təkliflərin açılması tarixi və saatından sonra təqdim edilmiş təkliflərə baxmaq;

– satınalan təşkilatlardan və təchizatçılardan keçirilən

satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları) tələb etmək;

– Qanunda nəzərdə tutulmuş hallarda satınalma

komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-

olunmaması haqqında qərar qəbul etmək;

– satınalan təşkilata qanunazidd hərəkətlər (hərəkətsizlik)

etməyi və ya qərarlar qəbul etməyi, yaxud prosedurlar tətbiq etməyi qadağan etmək;

– satınalan təşkilatın və ya satınalma komissiyasının qanunazidd qərarını ləğv etmək və yeni qərar qəbul etmək və ya

satınalan təşkilatın əvəzinə öz qərarını qəbul etmək;

– təkliflərin yenidən qiymətləndirilməsi və ya satınalmanın ləğv edilməsi barədə qərar qəbul etmək.

 

Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Paylaş
Burada sizin reklamınız ola bilər