Hadisə

Güclü külək Bakıda 3 nəfərin xəsarət almasına səbəb olub, birinin vəziyyəti ağırdır

28 dekabr / 12:54 1 dəq
Indir 2023 12 28T125303.359
28 dekabr / 12:54
Burada sizin reklamınız ola bilər

Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub.

 “Qərb Xəbər” bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər: “Xəsarət alan 3 nəfər müvafiq

tibb müəssisələrinə təxliyə olunublar. Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi

cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi

cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub”.

Paylaş
Burada sizin reklamınız ola bilər