Hadisə

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

26 dekabr / 14:28 1 dəq
Mina
26 dekabr / 14:28
Burada sizin reklamınız ola bilər

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.

Bu barədə “Qərb Xəbər” Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, ANAMA-nın əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

O, hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.

Paylaş
Burada sizin reklamınız ola bilər