Bölgə xəbərləri

Güclü külək əsəcək, qar yağacaq – Xəbərdarlıq

22 dekabr / 16:10 1 dəq
6584055b73aea6584055b73aeb17031509396584055b73ae86584055b73ae9
22 dekabr / 16:10
Burada sizin reklamınız ola bilər

Bakıda və Abşeron yarımadasında dekabrın 23-ü gündüzdən 24-ü səhərədək cənub-qərb küləyinin arabir 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında dekabrın 23-də gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur) intensiv olacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər