Dünya

G7 və Paris kreditorlar klubu Kiyevə dövlət borcunu öəmək üçün yeni möhlət verib

22 dekabr / 09:10 1 dəq
6584dc2582ae86584dc2582ae917032059256584dc2582ae66584dc2582ae7
22 dekabr / 09:10
Burada sizin reklamınız ola bilər

Ukrayna Maliyyə Nazirliyi Böyük Yeddilik (G7) və Paris Klubu ölkələrinin kreditorlarına rəsmi borc üzrə ödənişlərin 2027-ci ilin mart ayına qədər təxirə salınması haqqında saziş imzalayıb.

“Qərb Xəbər” TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə idarənin rəhbəri Sergey Marçenko öz Facebook səhifəsində məlumat verib.

“Bu gün mən G7 və Paris Klubu ölkələrindən olan Ukraynanın bir qrup rəsmi kreditoru ilə dövlət və hökumət tərəfindən təminatlı borclar üzrə ödənişlərin dayandırılması ilə bağlı anlaşma memorandumuna dəyişiklikləri imzaladım”, – deyə Marçenko yazıb.

122 milyard dollarlıq beynəlxalq dəstək paketinin bir hissəsi Ukraynanın tərəfdaşlarına təqdim edilib. Ukraynanın rəsmi borcu üzrə ödənişlər 2027-ci ilin mart ayının sonuna qədər dayandırılıb. Kiyevə borcun ödənilməsi üzrə əvvəlki möhlət 2024-cü ilə qədər idi.

Paylaş
Burada sizin reklamınız ola bilər