Sosial

Ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydalar hazırlanır

21 dekabr / 12:24 2 dəq
Indir 2023 12 21T122434.645
21 dekabr / 12:24
Burada sizin reklamınız ola bilər

“Dini etiqad azadlığı haqqında” qanuna ediləcək düzəlişə görə, ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydalar qəbul olunmalıdır.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib.

Komitə sədrinin sözlərinə görə, ianələr haqqında qaydalar qüvvəyə mindikdən sonra cəmiyyətə ətraflı məlumat veriləcək: “Həmin xüsusi qaydalar üzrə ekspertlər tərəfindən işlər aparılır”.

M.Qurbanlı ianələrin verilməsində elektron yeniliklərlə bağlı məsələyə də toxunub: “Nəzərdə tutulur ki, ianə toplandıqdan sonra həmin ziyarətgah öz xərclərini çıxdıqdan sonra toplanmış ianələri internet üzərindən açıq şəkildə göstərsin, daha sonra ayrı-ayrı icmaların və ya öz təşəbbüsləri ilə müxtəlif layihələr tərtib edərək xərclənmənin şəffaflığını təmin etsinlər. Bunlar qanundan irəli gəlir. Hazırlanmaqda olan xüsusi qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra tətbiqi də öz həllini tapacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər