Gədəbəydə 4 nəfər dəm qazından zəhərlənib
Gədəbəy rayonunda 4 nəfərin dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
“Qərb Xəbər”in əldə etdiyi məlumatına görə, Gədəbəy rayon sakinləri – 1993-cü il təvəllüdlü Mehdi Quliyev və 2001-ci il təvəllüdlü Leyla Abbasova Yenikənd kəndində, 1998-ci il təvəllüdlü Bahar Şirinova və 1950-ci il təvəllüdlü Qənirə Şirinova isə Şınıx kəndində yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı