İdman

Xankəndidə TARİXİ GÖRÜŞ

21 dekabr / 10:35 1 dəq
Indir 2023 12 21T103443.317
21 dekabr / 10:35
Burada sizin reklamınız ola bilər

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

“Qərb Xəbər” məlumat verir ki, son oyun günündə 2 matç keçiriləcək.

“Qarabağ” MOİK-lə qarşılaşacaq. Tarixi əhəmiyyət daşıyan görüş qədim şəhərimiz Xankəndidə keçiriləcək.

Görüş saat 14:00-da başlayacaq. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq.

1/8 finalın son matçında “Neftçi” – “Qaradağ Lökbatan”ı qəbul edəcək. Qarşılaşmaya saat 18:00-da start veriləcək.

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdən sonra “Sumqayıt”, “Sabah”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail” və “Zirə” 1/4 finala vəsiqə qazanıb.

Azərbaycan kuboku, 1/8 final

21 dekabr

14:00 Qarabağ – MOİK

Xankəndi şəhər stadionu

18:00 Neftçi – Qaradağ – Lökbatan

Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli

“Neftçi Arena”.

Paylaş
Burada sizin reklamınız ola bilər