QHT Xəbər

QHT Agentliyi COP29-la bağlı qrant müsabiqəsi elan edəcək

18 dekabr / 15:20 1 dəq
658029818520c658029818520d17028980496580298185208658029818520a
18 dekabr / 15:20
Burada sizin reklamınız ola bilər

COP29-la bağlı gələn il yeni bir qrant müsabiqəsinin elan olunması planlaşdırılır.

“Qərb Xəbər” məlumat verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

O bildirib ki, iqlim məsələləri daim qeyri-hökumət təşkilatlarını düşündürən məsələlərdəndir: “İlkin hesablamalara görə, Azərbaycanda keçiriləcək COP29 tədbirinə 80 minə yaxın qonağın gələcəyi düşünülür. Ekologiya bizim üçün çox aktual məsələlərdəndir. 30 ilə yazın işğal altında qalan ərazilərimizdə ermənilər ciddi ekoloji pozuntulara yol verib, meşələrimiz qırılıb, çaylarımıza zəhərli tullantılar buraxılıb. Bu gün dövlətimiz həmin ərazilərdə ekoloji yönümlü bir sıra layihələr həyata keçirir”.

Paylaş
Burada sizin reklamınız ola bilər