Sosial

Azərbaycanda avtobuslarda gedişhaqqı bank kartları ilə ödəniləcək

18 dekabr / 12:35 1 dəq
F6f98dac 8be5 3e6c a889 ab0a3c4dbf64
18 dekabr / 12:35
Burada sizin reklamınız ola bilər

Azərbaycanın ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır.

“Qərb Xəbər” məlumat verir ki, bunu “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlar vasitəsilə ödəniş etmək mümkün olacaq: “Gələn aydan bir neçə marşrutda ödənişin bank kartı ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra gələn ilin ilk rübünün sonunda yeni ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur”.

Paylaş
Burada sizin reklamınız ola bilər