Zelenski ABŞ-nin Avropadakı Ordu Komandanlığına baş çəkib
Ukrayna prezidenti Vladimir Zelenski Almaniyaya səfəri çərçivəsində Amerika Birləşmiş Ştatlarının Avropadakı komandanlığına baş çəkib.
“Qərb Xəbər”in məlumatına görə, bu barədə Ukrayna dövlət başçısı Tvitter hesabında məlumat yayıb.
“Visbadendəki ABŞ Ordusunun Avropa Komandanlığını ziyarət etdim. Amerikanın Ukraynaya yüksək səviyyədə maddi-texniki yardım göstərdiyinə bir daha əmin oldum. Qələbə üçün bu bizə həqiqətən lazımdır”, – deyə prezident vurğulayıb.
Qeyd edək ki, Almaniya polisi bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniyaya planlaşdırılmayan səfəri barədə məlumat yayıb.



