Dünya

Mirzoyan: “Bakı və İrəvanın birgə açıqlaması regionda sülhə nail olmaq üçün növbəti addımdır”

12 dekabr / 12:19 1 dəq
Mirzoyan
12 dekabr / 12:19
Burada sizin reklamınız ola bilər

Bu yaxınlarda Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq saxlanılanların mübadiləsinə dair birgə açıqlaması və Ermənistanın COP29 forumuna dair razılaşması İrəvanın regionda sülhə nail olmaq əzminin növbəti təzahürü idi.

“Qərb Xəbər” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələri nazirlərinin görüşündə çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü, sərhədlərin qarşılıqlı tanınması, həmçinin regional kommunikasiyaların açılması prinsipləri əsasında regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var.

Paylaş
Burada sizin reklamınız ola bilər