Dünya

Bu gün Brüsseldə Aİ Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin XİN başçılarının iclası keçiriləcək

11 dekabr / 11:22 1 dəq
6576b8092c5526576b8092c55317022791776576b8092c5506576b8092c551
11 dekabr / 11:22
Burada sizin reklamınız ola bilər

Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

“Qərb Xəbər” məlumat verir ki, Aİ-nin xarici işlər nazirlərinin 6 Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) olan həmkarları ilə birgə iştirak edəcəkləri iclasa ittifaqın xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell sədrlik edəcək.

Yerli vaxtla 18:00-da başlaması planlaşdırılan iclasda Aİ-nin genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.

Aİ Şurasının məlumatına görə, iclasda nazirlər Şərq Tərəfdaşlığı, onun uğurlarına və gələcək siyasətinə dair konkret tövsiyələri müzakirə edəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər