Elm və Texnologiya

Müəllimlərin vəzifə maaşına əlavələr edilib

10 dekabr / 16:45 1 dəq
Pul ödəmə sosial yardım əmək haqqı maaş
10 dekabr / 16:45
Burada sizin reklamınız ola bilər

Müəllimlərin vəzifə maaşına əlavələr edilib.

Bu barədə “Qərb Xəbər”ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.

Qeyd edək ki, ümumilikdə təhsilverənlərin sertifikatlaşdırması prosesinin test mərhələsində 31 300 nəfər iştirak edib və onlardan 23 160-ı test və müsahibə mərhələlərində uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər