Azərbaycanda Prezident seçkiləri təyin edildi
Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.
“Qərb Xəbər“bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin edilməsi tapşırılıb.




