Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

“Erməni əsgərin öldürülməsi”iddiasının arxasında gizlənən plan

5 dekabr / 12:17 2 dəq
Ermeni esger
5 dekabr / 12:17
Burada sizin reklamınız ola bilər
Rəsmi Bakının təkzib etməsinə baxmayaraq, Ermənistan sərhəddə ölən əsgərin Azərbaycan tərəfindən vurulduğunu iddia edir. Maraqlıdır ki, erməni əsgərin vurulması xəbəri ilk yayılanda İrəvanın rəsmi açıqlaması “dəqiqləşdirmə” yönündə idi, daha sonra Bakı ittiham edildi. Halbuki, sərhəd toqquşmalarında belə “dəqiqləşdirmə” təcrübəsi olmayıb.
Bəllidir ki, Ermənistan bu və ya digər səbəbdən ölən hərbçisinin cəsədindən siyasi məqsədlər üçün istifadə etmək niyyətindədir. Və bu situasiya sərhəddə gözlənilən “gərginlik oyununun” başlana biləcəyi ehtimalını da ön plana çıxarır.
Burada xüsusilə diqqətçəkən iki məqam var:
Birincisi, Avropa İttifaqının xüsusi nümayəndəsi Tovio Klaarın Bakının təkzib etməsinə rəğmən, Ermənistan tərəfinın iddiasına istinadən sərgilədiyi mövqedir;
İkincisi, Azərbaycana qarşı “erməni əsgərin öldürülməsi” ittihamının ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Bakıya səfərindən öncə gündəmə gətirilməsidir;
Obraynın Bakıya gətirən səbəblərdən biri Azərbaycanı sülh danışıqlarının Qərb platformalarında aparılmasına, xüsusilə kommunikasiyanın İrəvanın “sülhün kəsişməsi” layihəsinə uyğun açılmasına razı salmaqdır. Müzakirələrdən öncə “Azərbaycan atəş açıb ittihamı”nın irəli sürülməsi və Aİ-nin bunu dəstəkləməsi də “Bakı razı olmayacağı təqdirdə, sərhəd gərginliyi üzərindən təzyiqlə üzləşəcəyi” haqda mesaj xarakteri daşıya bilər.
Asif Nərimanlı
siyasi şərhçi
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı