Dünya

Ceyhun Bayramov Skopyeyə yola düşüb

30 noyabr / 08:23 1 dəq
Ceyhunn
30 noyabr / 08:23
Burada sizin reklamınız ola bilər

Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə “Qərb Xəbər”ə XİN-dən məlumat verilib.

Səfər çərçivəsində XİN başçısının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər