Ağstafa

Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb

29 noyabr / 12:51 2 dəq
619d41c9 bea4 334a bbf8 83821acb8607
29 noyabr / 12:51
Burada sizin reklamınız ola bilər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ağstafa rayonunda etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər aşkarlayıb.

Bu barədə “Qərb Xəbər”ə AQTA-dan məlumat verilib.

Bildirilib ki, Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər aşkarlanıb:

– 109 ədəd saxtalaşdırılmış “Banketnaya” əmtəə nişanlı araq məhsulu;

– 606 ədəd etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış limonad məhsulu;

– 621 ədəd etiket məlumatlarında uyğunsuzluq olan “Pinnochio” əmtəə nişanlı limonad məhsulu.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.

677b9278-de5d-3d18-87d0-41e056e832419f653282-2eb3-302a-a686-494ea6e67855_850b7fc2fb4-080a-340c-8dad-8f45d5fa9a3812dc7b6f-716a-3fc1-80d9-01104243ab56

Paylaş
Burada sizin reklamınız ola bilər