Dünya

Blinken gələn həftə İsrailə səfər planlaşdırır

22 noyabr / 09:53 1 dəq
655d9368f392d655d9368f392e1700631400655d9368f392b655d9368f392c
22 noyabr / 09:53
Burada sizin reklamınız ola bilər

ABŞ dövlət katibi Antoni Blinken gələn həftə İsrailə səfər planlaşdırır.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə İsrailin “Walla” xəbər saytı məlumat yayıb.

Qeyd olunub ki, Blinken Qəzza zolağındakı vəziyyətlə bağlı yüksək səviyyəli İsrail və Fələstin rəsmiləri ilə danışıqlar aparmaq üçün gələn həftənin əvvəlində İsrailə səfər etməyi planlaşdırır.

HAMAS-İsrail münaqişəsinin gərginləşməyə başladığı 7 oktyabrdan indiyə qədər, bu, Blinkenin İsrailə dördüncü səfəri olacaq. Güman edilir ki, səfər NATO xarici işlər nazirlərinin Brüsseldə gələn həftə keçirilməsi nəzərdə tutulan sammitində iştirak etməzdən əvvəl baş verə bilər.

Paylaş
Burada sizin reklamınız ola bilər