Qərb Xəbər TV

Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir

20 noyabr / 09:52 2 dəq
679b9212 7a94 3394 bc6e 7a24c7ca7ae2
20 noyabr / 09:52
Burada sizin reklamınız ola bilər

Bakıda Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə konfransı keçirilir.

“Qərb Xəbər” məlumat verir ki, iki gün ərzində baş tutacaq toplantıda qonaq ölkələrin iştirakı ilə interaktiv panel müzakirələri təşkil olunacaq.

Tədbirə Ombudsman Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, gənclər və idman nazirinin müavini Mariana Toteva Vasileva və deputatlar qatılıblar.

Tədbir iştirakçıları arasında, həmçinin BMT, ICESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatların nümayəndələri, Türkiyə, Özbəkistan, Türkmənistan, Sudan, Rusiya, İndoneziya, Misir, Venesuela, Fələstin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Keniya, İran, Belarus, Mərakeş, Küveyt, Uqanda, Nepal, Pakistan, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Kuba, Malayziya, İordaniya, Meksika kimi ölkələrin təmsilçiləri də yer alırlar.

Eyni zamanda, konfransa 9 beynəlxalq təşkilat qatılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər