Dünya

2024-cü ildə KTMT-nin təlimləri Qazaxıstan və Qırğızıstanda keçiriləcək

16 noyabr / 14:05 2 dəq
6555e3483af966555e3483af9717001275606555e3483af946555e3483af95
16 noyabr / 14:05
Burada sizin reklamınız ola bilər

2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimləri Qazaxıstan və Qırğızıstanda keçiriləcək.

“Qərb Xəbər” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov bu gün keçirilən brifinq zamanı deyib.
“Komanda və idarəetmə orqanlarının, kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birgə təlim planı artıq təsdiqlənib. Sənədi müdafiə nazirləri və təhlükəsizlik şuralarının katibləri imzalayıblar”, – Sidorov bildirib.

 

Onun sözlərinə görə, 2024-cü il üçün nəzərdə tutulmuş planda Mərkəzi Asiya regionuna xüsusi diqqət yetirilir. “Qırğızıstanda Kollektiv Çevik Hərəkət Qüvvələri, Qazaxıstanda isə sülhməramlı qüvvələrlə təlimlər planlaşdırılır. Hələlik təlim yerləri barədə ətraflı danışmaq tezdir. Məsləhətləşmələr bu ilin dekabrında başlayacaq”, – Sidorov qeyd edib.
Paylaş
Burada sizin reklamınız ola bilər