Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Müsahibə-Reportaj

İranın Ermənistandakı səfirinin bəyanatı beynəlxalq hüquqa və Prezident Rəisinin mövqeyinə ziddir – RƏY

12 noyabr / 23:34 4 dəq
0f16b8af d4f3 31bb 97a3 e5685607d5c6
12 noyabr / 23:34
Burada sizin reklamınız ola bilər

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin müsahibəsində səsləndirdiyi bəyanatlar beynəlxalq hüquqa, İranla Azərbaycan arasında qonşuluq münasibətlərinə və İran Prezidentinin Özbəkistanda ifadə etdiyi mövqeyə ziddir.

Qerbxeber.com bildiririr ki, Milli Məclisin üzvü Bəhruz Məhərrəmov  “Report”a açıqlamasında belə deyib.

“Bilirsiniz ki, cəmi 3 gün öncə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti ilə görüşündə Seyid İbrahim Rəisi açıq mətnlə ifadə etdi ki, biz Qarabağın uzun illərdən sonra öz əzəli ərazisinə qovuşmasına çox sevinirik: “Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi”.

İran Prezidentinin məlum mövqeyi beynəlxalq hüququn aliliyi və müəyyən müddət davam etmiş siyasi gərginliyin ardınca çox qiymətli gediş idi və Azərbaycanda bütün səviyyələrdə haqlı olaraq alqışlanmışdı. Lakin cəmi iki gün sonra İranın səfirinin bu bəyanatı və Azərbaycana münasibətdə başından böyük çağırışları qəbuledilməzdir.

Rəsmi Tehran ən azı öz Prezidentinin mövqeyinə hörmət naminə məsələyə aydınlıq gətirməli, ermənidən çox daşnaklıq edən, diplomatik etiketdən xəbəri olmayan səfiri ilə bağlı tədbirlər görməlidir. Bu halda səfirin davranışlarının özfəaliyyət olduğuna inanar, Tehranın isə xoşagəlməz gərginliyin ardınca yaxşılaşan İran-Azərbaycan münasibətlərinə səmimi şəkildə töhfə vermək niyyətinə şübhə etmərik”, – deputat qeyd edib.

Onun sözlərinə görə, ümumilikdə səfirin bu bəyanatının yalnız yenidən yaxşılaşmaqda olan Azərbaycan-İran münasibətləri yox, bütövlükdə beynəlxalq hüquq adına yolverilməzliyi nəzərə alınmalıdır: “Əgər beynəlxalq hüquq prizmasından yanaşsaq, “Qarabağ əhalisinin öz müqəddəratını təyin etmə hüququndan” danışan səfir qanmalıdır ki, “əhali” anlayışı 1933-cü il Montevideo Konvensiyası ilə dövlətin əlamətlərindən biridir, Qarabağ adlı isə dövlət yoxdur. İkincisi, “xalqların öz müqəddəratını təyin etməsi” məsələsinə gəlincə, bölgəyə sonradan gəlmə olsalar belə, erməni xalqı artıq öz müqəddəratını həll edib, ermənilər üçün Qərbi Azərbaycan torpaqlarında erməni dövləti qurulub. Yenidən Azərbaycan torpaqları hesabına ikinci erməni dövlətinin qurulması isə mümkün deyil. Buna nə heç kimin cürəti, nə də imkanı çatar.

Yaxın 3 il ərzində ərazi bütövlüyümüz və suverenliyimizə dil və əl uzadıb qarşımızda səf tutanların Vətən müharibəsində və antiterror tədbirlərindəki taleyi heç kim üçün sirr deyil. Əgər səfirin iddia etdiyi kimi, Tehran yeni erməni özmüqəddəratı prosesində maraqlıdırsa, İranda yaşayan 500 minə yaxın erməni üçün fars torpaqlarında ikinci erməni dövləti qura bilər. Əgər İran bu mövqeyi bölüşmürsə, o zaman səfirinin xaltasını dartmalıdır”.

Digər vacib məqam, müasir beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyin etməsi prinsipi beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipinə zidd olmamaqla baş tuta bilər: “Yenə də, İran səfiri əksini düşünürsə, cənub qonşumuzun Xarici İşlər Nazirliyi səfirin İran Prezidentinin açıqlamaları ilə daban-dabana zidd çərənləməsinə münasibət bildirmir və partizanlıq edən diplomatını cəzalandırmırsa, o zaman Tehran da 30 milyonluq Cənubi Azərbaycan əhalisinin təməl haqları və öz müqəddəratı məsələsinin müzakirəsinə hazır olmalıdır”.

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı