İdman

“Qarabağ” – “Bayer 04” oyununu ingiltərəli hakimlər idarə edəcək

7 noyabr / 10:06 1 dəq
7501e7ce e702 3387 846e f962bfb61380
7 noyabr / 10:06
Burada sizin reklamınız ola bilər

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununun təyinatları bəlli olub.

“Qərb Xəbər” məlumat verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Kreyq Pousona Saymon Bennett və Lee Bets kömək göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. VAR-da avstriyalı Carred Cillett, AVAR-da isə Mixael Salisburi olacaq.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 21:45-də başlayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər