Dünya

İsrail hökuməti vətəndaşlarını Şimali Qafqazı tərk etməyə çağırdı

31 oktyabr / 09:02 1 dəq
Images 2023 10 31T090156.155
31 oktyabr / 09:02
Burada sizin reklamınız ola bilər

İsrail hökuməti Şimali Qafqazda israillilər üçün təhlükə səviyyəsini maksimuma – dördüncü səviyyəyə qaldırıb və bu bölgəyə səyahətdən çəkinməyi, oradakı vətəndaşlara isə ərazini tərk etməyi israrla tövsiyə edib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının və Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

“Ötən gecə baş verən hadisələrdən sonra və Dəmir Qılınclar Müharibəsi (İsrail ordusunun Qəzza zolağında əməliyyatı – red.) fonunda və İsrail/yəhudi hədəflərinə qarşı mümkün hücumlar, iğtişaşlar və zorakılıq qorxusuna görə Şimali Qafqaz regionuna səyahət xəbərdarlığı ən yüksək – 4-cü səviyyəyə qaldırıb”, – məlumatda deyilir.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər