Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Şimali Qafqazda anti-yəhudi aksiyaları: Sakinlər “israilli qaçqınları” axtarır

30 oktyabr / 14:42 2 dəq
5cbde270 76f4 11ee 8139 61b1db4c8e2f
30 oktyabr / 14:42
Burada sizin reklamınız ola bilər
Rusiyada keçirilən genişmiqyaslı anti-semitik aksiyalardan sonra, İsrail Rusiyaya xəbərdarlıq edərək, “bütün vətəndaşlarını və yəhudiləri” qorumağa çağırıb.

“Qərb Xəbər” bildirir ki, Sosial mediada yayılan video görüntülərdə Maxaçkalada qəzəbli kütlənin hava limanı binasına daxil olaraq, “israilli qaçqınları” axtardığı əks olunub. Federal Hava Nəqliyyatı Agentliyi aeroportdan uçuşları və enişləri dayandırıb.

Rusiyanın Aviasiya Agentliyinin bildirdiyinə görə, Moskva vaxtı ilə saat 22:20-də hava limanı ərazisində “vətəndaşların icazəsiz binaya girişinin qarşısı alınıb” və təxminən bir saat sonra binaya giriş bağlanıb və noyabrın 6-sı səhər saatlarınadək bağlı saxlanılacaq.

RIA Novosti agentliyi etirazlarda yüzlərlə insanın iştirak etdiyini bildirib. Dağıstanın Səhiyyə Nazirliyinin bəyanatına görə, aksiya zamanı 20-dən çox insan yaralanıb. Onlardan iki ağır vəziyyətdə olmaqla, ümumilikdə 10 nəfər xəstəxanaya aparılıb. Zərər çəkənlər arasında polis işçiləri ilə yanaşı mülki şəxslərin də olduğu deyilir.

İsrailin Baş Nazirlik ofisindən bildirilib ki, Rusiya yəhudilərə və israillilərə qarşı yönəlmiş bütün zorakılıqlara qarşı qətiyyətli addım atmalıdır.

ABŞ Prezidentinin sözçüsü Adrienne Watson X (keçmiş Tweeter) sosial media hesabında ölkəsinin “Dağıstandakı anti-semitik etirazları sərt şəkildə pislədiyini” yazıb.

“Dünyada anti-semitizmin gücləndiyinə şahid olduğumuz dövrdə, ABŞ yekdilliklə yəhudi icmasının yanında yer alır. Antisemitizmlə bağlı hər hansı bəhanə və bəraət irəli sürülə bilməz”, – Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib.

Dağıstan hökuməti Qəzzaya dəstəyini açıqlasa da, vətəndaşlarına müraciət edərək onları sakitləşməyə çağırıb.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı