Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

İsrail-Həməs muharibəsi: İsrail ordusu Qəzzada tanklarla “hədəflərə hücüm” edib

26 oktyabr / 10:56 2 dəq
25ukraine ledeall gtwm superJumbo
26 oktyabr / 10:56
Burada sizin reklamınız ola bilər

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, gecə ərzində tanklardan istifadə edərək Qəzzanın şimalında “hədəflərə reyd” həyata keçirib. Bu, barədə “Qərb Xəbər”  BBC news Azərbaycan saytına istinadən məlumat verir ki, cümə axşamı günü əməliyyatın videosunu paylaşan bir yazıda, basqının “döyüşün növbəti mərhələlərinə hazırlıq” çərçivəsində həyata keçirildiyi və “çoxsaylı terror hücrələrinə, infrastruktura və tank əleyhinə raket buraxılış məntəqələrinə zərbələr endirildiyi” bildirilib.

“Əsgərlər bundan sonra bölgəni tərk edərək İsrail ərazisinə qayıdıblar”, – IDF elan edib.

Daha əvvəl baş nazir Benyamin Netanyahu televiziya ilə çıxışında ordunun hələ də qurudan hücuma hazırlaşdığını deyib, lakin dəqiq vaxt ifadə etməyib.

İsrail ötən həftə Fələstin ərazisi olan Qəzza şəhəri və digər şimal bölgələrinin 1,1 milyon sakinini öz təhlükəsizlikləri üçün tərk etmələrini istəyib, onları Qəzza zolağının cənubuna getməyə çağırıb.

Lakin BMT-nin yüksək səviyyəli rəsmisi BBC-yə bildirib ki, Qəzzanın şimalında evlərini tərk edən bəzi fələstinlilər cənubda vəziyyət pisləşdikcə geri qayıtmağa başlayıblar.

İsrail-Fələstin münaqişəsi sonuncu dəfə oktyabrın yeddisində Həmasın İsrailə hücumu ilə alovlanıb və sonra İsrail Qəzzanı bombalamağa başlayıb, qurudan hücuma hazırlaşmaq üçün sərhədə qoşun toplayıb.

Mələk.M

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı