Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Paşinyan Bakı və Ankara ilə əlaqələrdən danışdı

26 oktyabr / 09:43 2 dəq
Pasinyan
26 oktyabr / 09:43
Burada sizin reklamınız ola bilər

Ermənistanın qarşısında duran əsas vəzifə regionda uzunmüddətli sülhə nail olmaqdır.

“Qərb Xəbər” məlumat verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Voll Strit Jurnal”a müsahibəsində deyib.

Paşinyan Ermənistan və Rusiya arasındakı tarixi əlaqələrə dair suala cavab olaraq, ilk növbədə diqqəti Türkiyə və Azərbaycanla tarixən daha uzun qonşuluğa yönəltməyə çağırıb:

“Bütün suallar və cavablar buradadır. Biz ilk növbədə regionda münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq”.

O, yaxın aylarda Azərbaycanla sülh yolu ilə nizamlanmaya nail olmaq perspektivinə nikbin baxmağa davam etdiyini vurğulayıb:

“Bölgənin gələcəyi ticarət yollarının və bağlı sərhədlərin açılmasında, o cümlədən Ermənistanın suverenliyinə hörmətlə yanaşı, Türkiyə ilə Azərbaycan arasında Ermənistan ərazisindən keçən yol əlaqəsində olmalıdır.

Təhlükəsizlik təkcə ordu vasitəsilə deyil, həm də regional sülh yolu ilə təmin edilməlidir”.

“Ermənistanın səy göstərdiyi təhlükəsizlik əlaqələrinin şaxələndirilməsi Qərbin hərbi bazalarının və silahlarının yerləşdirilməsini gözləmək deyil, davamlı regional sülhə nail olmaq cəhdi kimi başa düşülməlidir”, – o əlavə edib.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı