Dünya

ABŞ Tehranda “3+3” formatında keçirilən görüşü alqışlayır

24 oktyabr / 15:31 1 dəq
65375c4f3ce5265375c4f3ce53169812692765375c4f3ce5065375c4f3ce51
24 oktyabr / 15:31
Burada sizin reklamınız ola bilər

ABŞ Dövlət Departamenti “3+3” formatı çərçivəsində Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin Tehranda keçirilən görüşünü alqışladığını bəyan edib.

“Qərb Xəbər” məlumat verir ki, departamentin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə qeyd edib ki, ABŞ harada keçirilməsindən asılı olmayaraq, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyi hədəfləyən istənilən görüşü alqışlayır.

“Biz bu danışıqların harada keçirilməsindən və ya ona kimin ev sahibliyi etməsindən asılı olmayaraq, Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə töhfə verən istənilən xoşniyyətli iştirakı alqışlayırıq. Yeri gəlmişkən, biz İran və Rusiya ilə əlaqədar Cənubi Qafqazın həssas coğrafi mövqeyini tanıyırıq, lakin biz bu ölkələri etibarlı tərəfdaş kimi görmürük”, – Miller deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər