Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Fransanın hədəfi Rusiyanı Ermənistandan sıxışdırmaqdır

23 oktyabr / 09:55 3 dəq
Asif
23 oktyabr / 09:55
Burada sizin reklamınız ola bilər
Bu gün Paris və İrəvan hərbi müstəvidə saziş imzalayacaq: müqaviləyə əsasən, Ermənistana Fransa silahları, xüsusilə zenit-raket kompleksləri veriləcək;
Fransanın müdafiə naziri Sebastyan Lekornü bildirib ki, “Ermənistan öz mülki əhalisini qorumaq və sərhədlərini mühafizə etmək imkanına malik olmalıdır. Bu məqsədlə biz Ermənistana hava məkanının müdafiəsini təmin etməyə imkan verəcək saziş imzalayacağıq və Ermənistanın Fransa istehsalçılarından silah almasını rəsmiləşdirəcəyik”.
Cənubi Qafqazda maraqlarını İrəvan üzərindən diktə etməyə çalışan Fransanın ilkin hədəfi Rusiyanı Ermənistandan sıxışdırmaqdır. Bu məqsədlə Rusiyanın Ermənistanın “təhlükəsizliyinin təmin edilməsi”ndəki rolunu almaq istəyir. Paşinyanın Strasburqda son çıxışı da o deməkdir ki, Ermənistan “təhlükəsizlik müttəfiqlərini” dəyişmək niyyətindədir. Lakin bu necə baş verəcək, Ermənistan Rusiyadan və KTMT-dən necə imtina edəcək?
2021-ci ildən indiyə qədər rəsmi İrəvan bunun üçün “bəhanə” toplamaqla məşğuldur, hərçənd, yeni və daha ciddi hadisə baş verməlidir ki, Ermənistan hakimiyyəti KTMT-dən çıxmaq – Rusiyadan imtina etmək üçün həm Moskvanı “fakt qarşısında” qoymalı, həm də daxili ictimai rəydə addımını əsaslandırmalı, ictimai dəstək əldə etməlidir.
Bu, yalnız Ermənistan və Azərbaycan sərhədində növbəti və qanlı eskalasiya ilə mümkün ola bilər. Və belə ssenaridə İrəvan Rusiya və KTMT-yə qarşı ittihamlarını yeniləmək, son addımı atmaq imkanı qazanacaq. Bu baxımdan, Fransanın Ermənistana verdiyi silahların Azərbaycana tuşlanacağı, sərhəd toqquşmasında istifadə ediləcəyi bəllidir.
Qarabağda erməni separatizminin ləğvindən sonra Qərbdə “Azərbaycanın Ermənistana hücum hazırlığı” haqda aparılan siyasi-informasiya kampaniyası da bu kontekstdə təsadüfi deyil. Mümkündür ki, Cənubi Qafqazda yeni cəbhə açmaq planı qüvvədədir və eskalasiya ssenarisindən öncə beynəlxalq ictimai rəyi formalaşdırırlar.
Asif Nərimanlı
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı